Yasamalda kirayə qalan Masallı sakinindən 30 kq narkotik götürülüb

06 Avqust 2020 - 12:34

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini E.Əhədov saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 21,5 kiloqramdan artıq heroin və 9 kiloqrama yaxın metamfetamin aşkar edilərək götürülüb.