Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Yasamalda şəhid övladları ilə görüş

User 05 Sentyabr 2026 - 11:57
şəhid övladları

2026–2027-ci tədris ili ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətində rayon üzrə birinci sinfə qədəm qoyan və ali məktəblərə qəbul olan şəhid övladları ilə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Yasamal RİH başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və digər vəzifəli şəxslər iştirak ediblər.

Elşad Həsənov çıxışında şəhid övladlarını təbrik edib, onlara möhkəm cansağlığı, yüksək nailiyyətlər və uğurlu gələcək arzulayıb.

O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən Vətən müharibəsində şəhidlərin göstərdiyi misilsiz qəhrəmanlıq və fədakarlığın daim ehtiramla yad edildiyini vurğulayıb.İcra başçısı həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkədə elm və təhsilə xüsusi qayğı və diqqət göstərilir.Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Təsadüfi deyil ki, son 20 ildə ölkəmizdə 4000 yaxın yeni məktəb tikilib və ya əsaslı təmir olunub.

Eyni zamanda Azərbaycanda təhsil sahəsində bir çox layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var. Azərbaycanda hər il yeni-yeni məktəblər tikilir, təhsilin maddi-texniki bazası yenilənir.

Öz növbəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi, onların problemlərinin həlli və övladlarının təhsil imkanlarının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.

Səmimi şəraitdə keçən görüş zamanı şəhid övladları öz düşüncə və arzularını bölüşüblər. Onların təhsil və gələcək planları barədə fikir mübadiləsi aparılıb.Görüşün sonunda birinci sinfə qədəm qoyan və ali məktəblərə qəbul olan şəhid övladlarına müxtəlif hədiyyələr təqdim olunub.

AzPost.az

Post navigation

Previous: Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirildi
Next: “Yeni nəsil energetiklər: Şəbəkənin memarları”

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.