Yasamaldakı insidentə görə həbs edilən qardaşlardan biri azadlığa buraxıldı

Yasamalda polis əməkdaşlarının üzərinə əşyalar atdığı üçün həbs edilən iki qardaşdan biri sərbəst buraxılıb.

APA-nın məlumatına görə, bu barədə vəkil Cavad Cavadov özünün “facebook” səhifəsində məlumat yayıb.

Vəkil qeyd edib ki, Kərim Süleymanov səhhəti ilə bağlı azadlığa çıxıb və artıq evindədir. Xatırladaq ki, o Yasamal rayon Məhkəməsinin qərarı ilə ötən gün 15 sutka inzibati həbs cəzası alıb.

Qeyd edək ki, K.Süleymanov ötən gün Yasamalda polisin keçirdiyi əməliyyat zamanı qardaşı Elmir Süleymanovla birgə saxlanılıblar. Hər iki qardaş inzibati qaydada həbs edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir