“Yaşayış məntəqələrinin atəşə tutulmasını qətiyyətlə pisləyirik” –

Britaniya Qarabağla bağlı danışıqları bərpa etməyə çağırdı  
30 Oktyabr 2020 - 13:39

Böyük Britaniya Dağlıq Qarabağ zonasında hərbi əməliyyatların dayandırlmasına və danışıqların bərpa etməyə çağırır.

Azpost.info bildirir ki, bu barədə Britaniyanın ATƏT-dəki səfiri Nil Buş Daimi Şuranın iclasında bəyan edib.

Buş Birtaniyanın humanitar məqsədli növbəti atəşkəs sazişini alqışladığını deyərək döyüşlərin hələ də davam etməsindən təəssüfləndiklərini bildirib.

“Biz yaşayış məntəqələrinin atəşə tutulmasını qətiyyətlə pisləyirik”- deyə Britaniya hökumətinin saytında yerləşdirilmiş məlumatda deyilir.

“Mülki əhali arasında qurbanlar barədə mütəmadi daxil olan məlumatlar bu münaqişənin günahsız insanların həyatına ağır təsirini nümayiş etdirir”-deyə bəyanatda bildirilir.

Münaqişənin hərbi həllinin mümkünsüzlüyünü qeyd edən Buş tərəfləri ATƏT-in Minsk Qrupunun egidası altında danışıqları bərpa etməyə çağırıb.

“Biz münaqişə tərəflərini atəşkəsə riayət etməyə və danışıqları bərpa etməyə çağırırq”-deyə Britaniyanı təmsil edən diplomat vurğulayıb.