“Ekoloji Maarifçiliyə Yardım İctimai Birliyi “Yaşıl enerji ilə təmiz gələcəyə doğru maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasına başlayıb.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Layihənin məqsədi bərpaolunan enerji mənbələri və ətraf mühitin qorunması sahəsində ictimai maarifləndirməni gücləndirmək, insanlarda ekoloji məsuliyyət və yaşıl düşüncə tərzini formalaşdırmaqdır.
Layihə çərçivəsində günəş, külək, hidroenergetika, geotermal enerji, biokütlə və tullantılardan enerji alınması mövzularında təlimlər keçiriləcək, iştirakçılara Azərbaycanın yaşıl enerji potensialı barədə məlumat veriləcək.
Ətraf mühitə həssas yanaşan və yaşıl gələcəyə töhfə vermək istəyən hər kəsi layihənin fəaliyyətlərinə qoşulmağa dəvət edirik!