Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Yaşıl iqtisadiyyat”-davamlı iqtisadi rifah” layihəsinə yekun vurulub

User 30 Sentyabr 2023 - 16:42 (Last updated: 21 May 2025 - 20:15)
edil

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Yaşıl iqtisadiyyat”-davamlı iqtisadi rifah mövzusunda tədbirlərin təşkili” layihəsinə yekun vurulub.

Layihə rəhbəri Ədil Ədilzadənin verdiyi məlumata görə, layihə çərçivəsində millət vəkili Aydın Hüseynov, ekspert Natiq Cəfərli, Tural İsmayılov, Elxan Şahinoğlu, Züriyyə Qarayeva, Turab Rzayevin iştirakı ilə 45 dəqiqəlik internet verlişləri hazırlanıb. Canlı yayımlanan verlişlərin təbliğat işi aparılıb.

Ə.Ədilzadə bildirib ki, aparılan araşdırmalar onu deməyə əsas verir ki, hələ də vətəndaşlar bu keçidin mahiyyəti barəsində ətraflı məlumatlara malik deyillər. Təşkilat tərəfindən Paytaxt Bakıda həyata keçirdiyimiz sorğular nəticəsində məlum olub ki, vətəndaşların 60 faizi bu yöndə məlumatlı olsalar da məsələnin mahiyyətini tam dərk etmirlər.

Bu baxımdan elektron resurslarda (İnternet TV, elektron KİV-lərdə) təbliğat işinin aparılmasına ciddi ehtiyac var. Bu baxımdan belə bir layihənin həyata keçirilməsi vətəndaşların məlumatlanmasına hesablanıb.

Onun sözlərinə görə, Yaşıl iqtisadiyyata keçid günümüzün prioritet sahələrindəndir. Azərbaycanda bununla bağlı geniş imkanlar olduğunu nəzərə alaraq yaxın gələcək üçün bu keçidin təmin olunması ölkəmiz və vətəndaşlarımız üçün əlavə dividentlər gətirəcək Avropa İttifaqı və digər ölkələr Azərbaycanla əməkdaşlığı bu istiqamətdə genişləndirmək niyyətindədirlər. Bununla bağlı rəsmi sənədlər də imzalanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşdirilən beş Milli Prioritetdən biri də Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmasıdır. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin – yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanı – effektiv reallaşdırılmasına nail olunmaq hədəflənir. Milli Prioritetlərdə qeyd edilir ki, iqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Yüksək keyfiyyətli ekoloji mühitin məqsədi ölkədə keyfiyyətli və təmiz ekoloji mühitin qorunması, resurslardan səmərəli istifadənin təmin edilməsidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzindədir. Onu da qeyd edək ki, işğaldan azad olunan ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi hədəflənib və bu istiqamətdə konkret addımlar atılır. Bildiyimiz kimi, “yaşıl enerji” zonası ifadəsi təkcə bərpaolunan enerji mənbələrindən enerji istehsal edən yerlər barədə işlədilmir. Bu ifadənin əhatə dairəsi genişdir və özündə ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi, “yaşıl” məşğulluğun təmini, resurslardan səmərəli istifadə kimi çoxşaxəli məsələləri birləşdirir. Onun üçün də işğaldan azad olunan ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi üçün kompleks tədbirlər görülür, “smartcity” (“ağıllı şəhər”), “smart-village” (“ağıllı kənd”) konsepsiyası əsasında kəndlərin və şəhərlərin inşası həyata keçirilir, ərazidə yaradılacaq sənaye müəssisələrinin “yaşıl iqtisadiyyat”a töhfə verməsinə xüsusi diqqət yetirilir, günəş və külək enerjisindən istifadə imkanları araşdırılır.

Post navigation

Previous: İlham Əliyev Çin Sədrini Respublika Günü münasibətilə təbrik edib
Next: Süni intellekt vasitəsilə beyin əməliyyatları aparılacaq

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.