Yaşla bağlı piylənmə zehni geriliyin əlamətidir –Elmi araşdırma

Yaşla bağlı əzələlərinin gücünün zəifləməsi və piylənmə zehni geriləmə ilə əlaqələndirilə bilər.

Azpost.info bildirir ki, bu Bu qənaətə Pittsburq Universitetinin alimləri  gəliblər. Onların araşdırması “Journal of the American Geriatrics Society” jurnalında dərc olunub.

Alimlər 69-79 yaşlı 1632 xəstənin məlumatlarını təhlil ediblər. Kompüter tomoqrafiyasından istifadə edərək budların əzələlərarası piylənməsində dəyişiklikləri qeyd olunub və yaddaş pozğunluğu, demensiya üçün risk faktorları  öyrənilib.

Bundan əlavə, iştirakçılardan koqnitiv bacarıqlar üzrə mini-testi tamamlamaları xahiş olunub.

Nəticələr göstərib ki, birinci ildən altıncı ilədək əzələ piylənməsində müşahidə edilən artım gələcəkdə daha sürətli və daha aydın şəkildə idrak qabiliyyətinin azalması ilə əlaqəlidir. Bu araşdırma zamanı heç bir irqi və ya cinsi fərq müəyyən olunmayıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.