Yaşlı adamı aldadıb bankomatdan 108 manat pensiyasını oğurladı

Bankomat
Bankomat

Sabunçu və Nizami rayonlarında oğurluq edən şəxslər saxlanılıb. AzPost DİN-ə istinadla Sabunçu rayonu ərazisində bir nəfərin “Mercedes” markalı avtomobilindən 2 mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 57 yaşlı İ.Səfərli müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Nizami rayonu ərazisində yerləşən bankomatların birindən bir nəfərin 108 manatını oğurlamaqda şübhəli bilinən 34 yaşlı H.Xıdırovun saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.