Yatmazdan əvvəl ən yaxşı qəlyanaltı hansıdır?- Həkimlər nın adını açıqlayıblar

Həkimlər və dietoloqlar yatmazdan əvvəl yemək yeməyi məsləhət görmürlər, lakin ac yatmaq da pis fikirdir. Belə hallarda düzgün qəlyanaltıları seçmək vacibdir.

AzPost bildirir ki, yatmazdan dərhal əvvəl yemək sağlamlığa zərərli hesab edilsə də, bir çox mütəxəssis acqarına yatıb yemək haqqında düşünməyin daha da zərərli ola biləcəyini vurğulayır. Belə hallarda özünüzə kiçik bir qəlyanaltı verməyə, “düzgün” qidaları seçməyə dəyər. Dietoloqlar, hər gün edilmədiyi təqdirdə gecə yeməyin artıq çəkiyə səbəb olmayacağına zəmanət verirlər.

Bu barədə “Eat This, Not That!” portalı yazır.

Axşam aclığı cilovlamaq üçün proteinlə zəngin qidalar seçmək ən yaxşısıdır. Bədən toxumaları bərpa etmək üçün bu qida maddəsindən istifadə edir. Bu bərpa prosesi xüsusilə gecələr aktivdir. İnsan ac yatdıqda, bütün lazımi bərpa işlərini yerinə yetirmək üçün çox vaxt kifayət qədər protein olmur.

Mütəxəssislər deyirlər ki, düzgün protein hətta arıqlamağa kömək edə bilər, çünki maddələr mübadilənizi sürətləndirməyə kömək edir.

Mütəxəssislər yağsız ət, qaynadılmış yumurta, balıq, süd məhsulları və soya məhsulları ideal axşam qəlyanaltıları olduğunu söyləyirlər.

Lakin, həkimlərin fikrincə, karbohidratlardan və istənilən un məmulatlarından çəkinmək daha yaxşıdır. Çünki bu qidalar sürətli çəki artımına səbəb ola bilər. Təzə tərəvəzlər və paxlalılar da ən yaxşı seçim deyil, çünki onlar qaz və mədə fermentasiyasına səbəb ola bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.