“Düşünürəm ki, yaxın günlərdə və həftələrdə Donbasda çox çətin vəziyyətin şahidi olacağıq”.
Azpost.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Makronun fikrincə, Ukrayna ərazisində döyüşlər hələ bitməyib: “Hazırkı vəziyyəti nəzərə alaraq, Fransa tərəfi Türkiyə, Yunanıstan və Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə Mariupol və Dnepr şəhərlərində humanitar əməliyyatların aparılması üçün mümkün olan hər şeyi edir”.
Azpost.info