Yaxın günlərdə ABŞ-da Ukrayna üçün təhlükəsizlik zəmanətləri imzalana bilər –Baş nazir Tusk

ABŞ və Avropa ölkələri yaxın günlərdə Vaşinqtonda Ukraynanın təhlükəsizliyinə dair zəmanətləri nəzərdə tutan sənədləri imzalaya bilərlər.

Polşanın Baş naziri Donald Tusk bu barədə Parisə “İstəklilər koalisiyası”nın görüşünə yola düşərkən jurnalistlərə deyib. “Paris görüşündən hər hansı bir qərar gözləməyə dəyməz. ABŞ və Avropanın yekun ortaq mövqeyini təsdiqləyəcək sənədlərin imzalanması yaxın günlərdə, çox güman ki, Vaşinqtonda baş tutacaq”, – deyə Donald Tusk bildirib.

Qeyd edək ki, çərşənbə axşamı Parisdə “İstəklilər koalisiyası”nın formatı çərçivəsində yüksəksəviyyəli görüş keçiriləcək. Görüşdə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşnerin də iştirakı gözlənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.