Yaxın günlərdə Qərbi Avropada anomal istilər pik həddə çatacaq

İsti
İsti

Qərbi Avropa ölkələrini vuran anomal istilər yaxın günlərdə pik həddə çatacaq.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, belə yüksək temperatur elektrik şəbəkələrini təhdid edə və sağlamlıq üçün fövqəladə hallara səbəb ola bilər. Böyük Britaniya, İspaniya, Fransa və Portuqaliyanın şimal hissəsində qeydə alınan anomal istilər elektrik enerjisinə tələbatı artırır və bəzi atom elektrik stansiyalarını fasilələr səbəbindən hasilatı azaltmağa məcbur edir.

Fransanın mərkəzində hava təhlükəsinin maksimum qırmızı səviyyəsi elan edilib. Havanın temperaturunun 41 dərəcəyə qədər isti olacağı gözlənilir. İspaniyada temperatur 42, Portuqaliyada isə 40 dərəcəyə qədər yüksələ bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.