“Yaxın həftələrdə Bakıda qar gözlənilmir” –

Umayra Tağıyeva havadan danışdı
08 Yanvar 2021 - 16:26

“Qar prosesləri adətən yanvar-fevral aylarına təsadüf edir. Son onilliklərdə belə günlərin sayında azalma var”. 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, bu ay qış fəslinə uyğun olmayan hava şəraiti müşahidə olunur. Şaxtalı və qarlı günlərin sayı azalır.

U.Tağıyeva vurğulayıb ki, yaxın həftələrdə qar gözlənilmir. Belə olduğu halda xəbərdarlıq olunacaq.