“Yaxın Şərqdə qeyri-sabitlik regionun heç bir ölkəsinin marağında deyil”- PEZEŞKİAN

İsrail İslam ölkələrində sabitliyi pozmaq üçün terrorizmi yayır.

Azpost.info xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Qətər əmiri Şeyx Təmim Bin Həməd Al Tani ilə telefon danışığı zamanı deyib.

Suriyanın şimalında terrorçu qrupların fəallaşmasından danışan Pezeşkian bildirib ki, Yaxın Şərq regionunda qeyri-sabitlik və terrorun yayılması regionun heç bir ölkəsinin maraqlarına xidmət etmir.

Onun sözlərinə görə, bu dəhşətli təzahürlə mübarizədə regionun bütün ölkələri iştirak etməlidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.