“Danışıqlar müharibədən yaxşıdır, lakin münaqişəni uğurla bitirmək üçün onun köklü səbəblər aradan qaldırılmalıdır”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsi elan olunacaq.
Lavrov qeyd edib ki, Moskva birbaşa danışıqların yeni raundunda Kiyevin Ukraynadakı bütün ayrı-seçkilik qanunlarını ləğv etməsində israr edəcək.