İstənilən miqdarda ultrabənövşəyi şüa insan dərisinə mənfi təsir göstərir.
Azpost.info xəbər verir ki, mütəxəssislər bu səbəbdən yaz günəşinin təhlükəsi barədə xəbərdarlıq edirlər.
“Fakt budur ki, istənilən miqdarda ultrabənövşəyi şüa dəriyə mənfi təsir göstərir. Qocalmanı sürətləndirir, piqmentasiyanın yaranmasını, bədxassəli dəri xəstəliklərinin əmələ gəlməsini təhrik edir”, – həkimlər bildirir və bu mövsümdə də çölə çıxmazdan əvvəl günəş kremi sürtməyi tövsiyə edirlər.
Mütəxəssislər onu da qeyd edirlər ki, ultrabənövşəyi şüalar yazda yaydan heç də az aktiv olmurlar: “Gözlər günəş işığına məruz qaldıqda ağrılı reaksiya verə bilir. Katarakta və yaşa bağlı göz xəstəliklər inkişaf edə bilər. Bu baxımdan sertifikatlı linzalı gün eynəyi və papaq taxmaq və birbaşa günəş işığında 20 dəqiqədən çox qalmamaq tövsiyə edilir”.
Azpost.info