Yeddi dəfə məhkum olan şəxsdən odlu silah götürülüb

Şirvan sakinindən odlu silah götürülüb

Şirvan şəhər sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 7 dəfə məhkum olunmuş Pünhan Tağıyevin qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə adıçəkilən şəxs saxlanılıb və ondan 1 ədəd “Mauser” markalı odlu silah götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə P.Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

Qəzalı körpü tam söküldü

Sonrakı məqalə

Müştəri Yelo Bankın sələfindən şikayətçidir