Yekaterinburq-Qorno-Altaysk təyyarəsi texniki nasazlıq səbəbilə eniş edib

Yekaterinburqdan Qorno-Altayska uçan “Red Wings Airlines” təyyarəsi texniki nasazlıq səbəbindən Omsk Mərkəzi Hava Limanına eniş edib.

APA xarici KİV-ə istinadən xəbər verir ki, Qərbi Sibir Nəqliyyat Prokurorluğundan verilən məlumata görə, faktla bağlı araşdırma başlanıb.

“Omsk Nəqliyyat Prokurorluğu uçuş gecikməsi halında sərnişinlərin tələb olunan bir sıra xidmətlərdən istifadə hüquqlarını qorumaq üçün nəzarət tədbirləri həyata keçirir”, – açıqlamada bildirilir.

İlkin məlumata görə, “Sukhoi Superjet 100” təyyarəsi Omsk hava limanına planlaşdırılmamış eniş edib. Sərnişinlər terminal binasında yerləşdiriliblər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.