Mart ayından etibarən “Yelo Bank”ın müştəriləri kənar xidmət şəbəkələri, yəni terminal və vebsaytlar üzərindən kart balansını artıran zaman 1% komissiya tətbiq olunacaq. AzPost xəbər verir ki, bankın yeni qaydalarına əsasən yalnız bankın öz kanalları vasitəsilə balans artırılan zaman komissiya tutulmayacaq.
Qeyd edək ki, fevralın 1-dən etibarən “Yelo Bank” sayt üzərindən kredit ödənişləri zamanı 0,5 % komissiya tətbiq edir.
