Yeltsin və Putinin şəxsi pilotu vəfat edib

29 Aprel 2020 - 16:20

Rusiyanın sabiq Prezidenti Boris Yeltsin və hazırki Prezident Vladimir Putinin şəxsi pilotu olmuş Qriqoriy Beloded 73 yaşında vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə “Komsomolskaya pravda” mərhumun oğluna istinadən məlumat yayıb.

Məlumata əsasən, Q.Beloded evində ölü tapılıb. Meyiti aidiyyəti üzrə təhvil verilən pilotun ölüm səbəbi araşdırılır.

Beloded Rusiyanin ilk Prezidenti B. Yeltsinin səhayət etdiyi “Rusiya” xüsusi uçuş dəstəsində ekipaj komandiri çalışıb. Daha sonra isə V. Putinin şəxsi şef-pilotu olub.