Yəməndə sosializm quran gənc zabit Tofiq Zülfüqarov –Sabiq nazirdən maraqlı FOTO

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov gənclik illəri ilə bağlı foto paylaşıb. 

AzPost bildirir ki, sabiq nazir bu şəkli 1983-cü ildə Yəməndə SSRİ Silahlı Qüvvələrinin hərbi xidmətdə olarkən çəkdirib.  O zaman 24 yaşlı Tofiq Zülfüarov baş leytenant rütbəsində olub.

“Ədən. Salah Ed-Din, Donanmanın baş leytenantı. 1983… tanımaq çətindir”-deyə o qeyd edib.

Peşəkar diplomat olan Tofiq Zülfüqarov 1 noyabr 1959-cu ildə Rusiyanın Rostov şəhərində anadan olmuşdur. Ailəsi 1961-ci ildə Bakıya köçüb. 1966–1976-cı illərdə Bakıda 93 saylı orta məktəbdə oxuyub.

1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1981-ci ildə oranı bitirib. 1981‐ci ildə SSRİ Silahlı Qüvvələri sıralarına çağırılıb Yəmən Xalq Demokratik Respublikasının paytaxtı Ədən şəhərində yerləşən Sakit okean hərbi‐dəniz donanmasında xidmətə göndərilib.

Ezamiyyət dövründə hərbi‐dəniz donanmasının rabitə qərargahının zabiti vəzifəsini yerinə yetirib, eyni zamanda 8‐ci operativ bölməyə rəhbərlik edən rabitə zabiti olub. YXDR hərbi qüvvələrinin xatirə medalı ilə təltif olunub, komandanlıqdan bir sıra fəxri fərmanlar alıb.

1984‐cü ildən ehtiyatda olan zabitlər sırasına daxil olub. 1984–1985-ci illərdə komsomol komitəsində işləyib. 1985-ci ildə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəbşünaslıq şöbəsində işləməyə başlayıb. 1988-ci ildə Qarabağ təşkilat komitəsində Qarabağ problemi ilə məşğul olub. 1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Politologiya şöbəsində elmi işçi olub.

Tofiq Zülfüqarov Azərbaycanın xarici işlər naziri, Latviyada fövqəladə və səlahiyyətli səfiri (2005–2010), Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri (2007–2015) postunu tutub.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.