Göyçay rayon icra hakimiyyətində 8 boş vakansiya var. AzPost İcra hakimiyyətinin rəsmi saytına istinadla xəbər verir ki, hazırda başçının birinci müavini, köməkçisi, iki şöbə müdiri, şöbə müdirinin müavini, aparıcı məsləhətçi və məsləhətçi vakansiyaları boşdur.
Qeyd edək ki, Göyçay rayonuna bu günlərdə yeni icra başçısı təyin olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Gədəbəy rayon icra hakimiyyətinin vəzifəsindən azad olunan başçısı Orxan Mürsəlov Göyçay rayonuna rəhbər təyin edilib.