“Yeni dezinformasiya kampaniyasına start verilib”-HİKMƏT HACIYEV

“Pul danışıqları seriyasından! Göründüyü kimi, Avropanın ən dəhşətli, qanlı və cinayətkar separatçı qurumu olan qondarma “Dağlıq Qarabağ Respubkiasının” “yubileyi” ərəfəsində Ermənistan hökumətinin və Ermənistanın lobbi qruplarının göstərişi ilə yeni dezinformasiya və manipulyasiya kampaniyasına start verilib”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında paylaşımında bildirib.

“Ən azı, biabırçı şəkildə olsa da, NATO-nun keçmiş baş katibi təbliğat kampaniyasına görə Ermənistan hökuməti tərəfindən pul aldığını inkar etmir (qəbzin surəti əlavə olunur).

Bəzi siyasətçilər riyakarlıqla dünyanı “yaxşı və pis separatçılar və cinayətkarlar”a bölürlər. Köhnə vərdişlərdən imtina çətin olur!

Amma narahatlıq doğuran odur ki, BBC öz Nizamnaməsində “bütün məhsullarında lazımi qərəzsizliyə nail olmağa sadiqdir. Bu öhdəlik bizim reputasiyamız, dəyərlərimiz və tamaşaçıların etimadı üçün əsasdır” desə də, birtərəfli və qərəzli aqressiv manipulyasiya ilə məşğuldur və “Kontekst” proqramında da yalanı təbliğ edir. BBC bütün səslər, xüsusən də həssas mövzular üçün platforma rolunu oynamalıdır” – Hacıyev vurğulayıb.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.