Yeni İldə neçə gün iş olmayacaq?- Nazirlər Kabinetindən açıqlama

Qarşıdan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar tətil günləri yaxınlaşır. Bununla bağlı sosial şəbəkələrdə ölkəmizdə ardıcıl 7 gün iş olmayacağı haqqında məlumat yayılıb. Yayılan məlumatlarda qeyd edilir ki, dekabr ayının 29-dan etibarən yanvarın 5-nə qədər qeyri-iş günləri olacaq.
Manset.az məsələ ilə bağlı Nazirlər Kabinetinə sorğu ünvanlayıb. Bildirilib ki, Nazirlər Kabinetinin iş günlərinin yerinin dəyişdirilməsi haqqında qərarı yoxdur.
Qeyd edək ki, bu il də 29 və 30 dekabr rəsmi iş günü, 31 dekabr və 1-4 yanvar tarixləri isə qeyri-iş günü kimi qeyd olunacaq. Beləliklə yeni il bayramı ilə əlaqədar istirahət günlərinin sayı – 5 gün olacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.