“Dərslərin 2 ay olmaması uşaqlara psixoloji cəhətdən təsir edir, amma bu, o demək deyil ki, onlara bu dərsləri mənimsəməmək üçün şərait yaradılmayıb”.
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yeni imtahan qrafiki təyin olunanda Təhsil Nazirliyi ilə razılaşdırılacaq: “Əsas məqsəd ədalətli olmağı qoruyub saxlamaqdır. Buna hər kəs əmin ola bilər”.