“Lalə Şövkət siyasətdən getməyib, pauza götürüb” –Sabiq dövlət katibi qayıdacağı vaxtı açıqlayıb

“Lalə Şövkət siyasətdən getməyib, siyasi prosesləri diqqətlə izləyir”.

Bu barədə Azpost.info-ya Azərbaycan Liberal Partiyasının (ALP) Əvəz Temirxan partiya liderinin uzun müddət siyasi arenada görünməməsinin səbəbləri barədə sualı cavablandırarkən bildirib.

ALP sədri deyib ki, Lalə Şövkətin susqunluğu onun siyasətdən getməsi kimi başa düşülməməlidir. “Lalə Şövkət sadəcə böyük pauza götürüb. O, Azərbaycanda milli birliyin tərəfdarıdır. Lalə xanım istəyir ki, xalq və siyasi qüvvələr arasında birlik olsun. Bu gün milli birliyə böyük ehtiyac var. Azərbaycan geosiyasi proseslərin mərkəzinə çevrilib. Belə bir şəraitdə siyasi qüvvələr, iqtidar bir araya gəlməlidir. Daxili didişmələrə son qoyulmalıdır. Lalə xanımın istədikləri budur. O, hansısa mübahisələrə, didişmələrə qoşulmaq, bu barədə fikir bildirmək istəmir. Lalə xanım bütün bunların fövqündədir”, – deyə Əvəz Temirxan vurğulayıb.

ALP sədrinin sözlərindən belə anlaşılıb ki, Lalə Şövkət hansısa situasiyada yenidən siyasi meydanda görünə bilər: “Bir daha deyirəm ki, Lalə xanım siyasətdən getməyib. Sadəcə böyük pauza götürüb. Hansısa məqamda əlbəttə ki, Lalə xanım xalqa, ölkədə azad ədalətli cəmiyyət qurmaq üçün çalışan siyasi qüvvələrə dəstəyini əsirgəməyəcək”, – deyə o vurğulayıb.

Hüseyn

Əvvəlki məqalə

Maestro Niyazinin oğlu illər sonra hər şeyi DANIŞDI –

Sonrakı məqalə

“Yeni münaqişələr, ticarət müharibələri gözlənilir”