“Yeni Musavat” Azər Ayxanın istefasını qəbul edib –AÇIQLAMA

“Yeni Müsavat” qəzetinin baş redaktoru Azər Ayxan istefa ərizəsi yazaraq, vəzifəsindən azad olunmağı xahiş edib”.

Bununla bağlı “Yeni Müsavat” Media Qrupu məlumat yayıb.

Şirkətin yaydığı açıqlamaya görə, onunla aparılan danışıqlar heç bir müsbət nəticə verməyib: “Son olaraq bu istefanın qəbul olunduğunu bəyan edirik. “Yeni Müsavat” Media Qrupu Abbasov Azər Arif oğlu ilə əmək müqaviləsinə xitam verir və yollarının ayrıldığını təəssüflə bildirir. Ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayır, Media Qrupunun yolunda göstərdiyi fədakarlıqlar, verdiyi əmək üçün minnətdarlığımızı bildiririk”.

Xatırladaq ki, daha əvvəlki açıqlamada şirkət istefanın gözlənilməz olduğunu bildirmiş, irəliləyən zamanlarda bu məsələnin müsbət həllinə ümid ifadə etmişdi.

Qeyd edək ki, A.Ayxan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun qardaşıdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.