Yeni nağıl qəhrəmanı yaradanlara 6 min manat mükafat vəd olunur –MÜSABİQƏ

“Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlının verdiyi məlumata görə, “Şərq-Qərb” ASC uşaqlarda kitaba marağın artırılması, mütaliə həvəsinin gücləndirilməsi məqsədilə rəssam və animatorlar arasında Yeni nağıl qəhrəmanı – müasir simvolik personajın yaradılması üzrə müsabiqə elan edir.
Yeni nağıl qəhrəmanı – müasir simvolik personaj yaradılarkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:
• Orijinal olmalı, başqa məşhur nağıl qəhrəmanlarına, obrazlara bənzəməməlidir;
 • Uşaqlar tərəfindən sevilməli, ilk baxışdan etibarən onlarda maraq doğurmalı, müsbət emosiyalar yaratmalıdır;
 • Bundan sonra yaradılacaq əsərlərdə, nağıllarda, ssenarilərdə, filmlərdə, animasiya filmlərində, televiziya verilişlərində və sosial şəbəkələrdə əsas obraz kimi çıxış etmək üçün yararlı və universal olmalı, üçüncü şəxsin əqli mülkiyyət hüququnu pozmamalıdır.
 Təqdim edilən əsərlər tanınmış incəsənt xadimlərindən ibarət Münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və 3 yer üzrə mükafatlandırılacaq:
 I-ci yer: 3000 AZN (1 nəfər)
 II-ci yer: 1000 AZN (2 nəfər)
 III-cü yer: 500 AZN (3 nəfər)
 Əsərlər elektron formatda [email protected] ünvanına və ya kağız şəklində Bakı ş., Aşıq Ələsgər küç., 17, “Şərq-Qərb” ASC ünvanına göndərilməlidir. Müəllif haqqında qısa məlumat (ad, soyad, atasının adı, ünvan və əlaqə nömrələri) əlavə edilməlidir.
 Əsərlərin qəbulu avqustun 15-dən oktyabrın 15-ə qədər davam edəcək. Müsabiqənin nəticəsi 16 noyabr 2020-ci il tarixində elan olunacaq.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Etiraz aksiyalarına çıxanların əksəriyyəti kriminal keçmişi olanlar və işsizlərdir” –

Sonrakı məqalə

Məktəblərə tədrisin təşkili ilə bağlı heç bir təlimat verilməyib –