Məktəblərə tədrisin təşkili ilə bağlı heç bir təlimat verilməyib –Təhsil Nazirliyi

Məktəblərə tədrisin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən heç bir təlimat verilməyib.

Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, bəzi ictimaiyyət nümayəndələri nazirliyə tədrisin təşkili və məktəblər açılacağı təqdirdə fəaliyyətin təşkili ilə bağlı təkliflər daxil olub.

Bu təkliflərin nazirliyə daxil olmasını ictimaiyyətlə qurulan əks əlaqə mexanizmi kimi dəyərləndirən C.Valehov bildirib ki, məktəblərin hansı formada açılacağı bəlli deyil. Hazırda bununla bağlı müzakirələr aparılır, təkliflər qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yeni nağıl qəhrəmanı yaradanlara 6 min manat mükafat vəd olunur –

Sonrakı məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi