“Etiraz aksiyalarına çıxanların əksəriyyəti kriminal keçmişi olanlar və işsizlərdir” –Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenkonun sədrliyi ilə bu gün Belarus Təhlükəsizlik Şurasının iclası keçirilib.

“Belta” agentliyinin verdiyi məlumata görə, A. Lukaşenko iclasda Prezident seçkilərindən sonra ölkədə baş qaldıran etirazlardan da danışıb.

O, Konstitusiya quruluşunun və vətəndaşların təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb: “Vəziyyətdən aydındır ki, hakimiyyət orqanları, xüsusilə də Təhlükəsizlik Şurasının qarşısında duran ən vacib vəzifə vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, Konstitusiya quruluşunun müdafiəsi və dövlət idarəetmə orqanlarının normal fəaliyyətinin təmin edilməsidir”, – deyə o bildirib. Lukaşenko deyib ki, etiraz aksiyalarına çıxanların əksəriyyəti kriminal keçmişi olanlar və işsizlərdir: “Ona görə də xoşluqla xahiş edirəm və hamını xəbərdar edirəm: kim işləmir, işə düzəlsin”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə 93 yeni yoluxma qeydə alınıb –

Sonrakı məqalə

Yeni nağıl qəhrəmanı yaradanlara 6 min manat mükafat vəd olunur –