Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Yeni qanunla sosial media reklamı tənzimlənir

Orkhan Ali 25 May 2025 - 12:43 (Last updated: 25 May 2025 - 10:45)
Rəqəmsal

Rəqəmsal

Azərbaycanda sosial mediada reklam fəaliyyəti ilə bağlı yeni qanunvericilik qəbul edilib. Artıq influenserlər və blogerlər rəqəmsal platforma təsirçiləri (RPT) üçün ciddi tələblər müəyyənləşdirilib.

Bu dəyişikliklər sosial media reklam bazarına necə təsir edəcək ?

AzPost xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz danışıb:

“Yeni qaydalara əsasən, blogerlər reklam paylaşımlarında açıq şəkildə “reklam” və ya “sponsorluq” etiketini göstərməli, fəaliyyətlərini VÖEN əsasında qeydiyyata almalı, istifadə etmədikləri məhsulları istifadə etmiş kimi təqdim etməməli, sifarişçi barədə məlumat verməli və lisenziya tələb olunan məhsulların reklamı zamanı müvafiq sənədləri təqdim etməlidirlər.

Azərbaycanda rəqəmsal reklam bazarında əsas pay Meta platformalarına (Instagram, Facebook) və Google-un Youtube kimi xidmətlərinə aiddir. Son zamanlar TikTok da bazardan payını artırır. Təxminən 10 milyon manatlıq rəqəmsal reklam bazarından danışılır. Əvvəllər bu məbləğ əsasən televiziyalara çatırdısa, indi rəqəmsal platformalar daha çox pay götürür.

Sosial mediada fəaliyyət göstərən blogerlər arasında aylıq 50 min manatdan çox gəlir əldə edənlər azdır. Qiymətlər bir paylaşım üçün 50 manatdan başlayır, orta hesabla 500-1500 manat arasında dəyişir, bəziləri isə 10-15 min manat da qazana bilir. Lakin çoxluq üçün bu gəlirlər çox böyük deyil”.

Blogerlik sosial cəmiyyət üçün nə dəyər yaradır?

O, bildirib ki, bloger və influenserlərin cəmiyyətə təsiri təkcə reklamdan ibarət deyil. Onlar maarifləndirmə, sosial məsuliyyət və ictimai diskussiyaların formalaşmasında da mühüm rol oynayırlar. Buna görə də, bu sahədə çalışanlara qarşı həmişə mənfi münasibət bəsləmək doğru deyil.

Yeni qaydalar bazara necə təsir göstərəcək?

Ekspertin sözlərinə görə, sosial media reklam bazarının tənzimlənməsi artıq zəruri idi. Yeni qaydalar vasitəsilə bazarın peşəkarlaşması, vergi mədəniyyətinin yüksəlməsi, istehlakçıların qorunması və şəffaflığın təminatı mümkün olacaq. Sifarişçilər üçün etibarlı əməkdaşlıq mühiti yaranacaq, kontentin keyfiyyəti artacaq və izləyicilərin sosial mediaya etimadı güclənəcək.

Bununla belə, qanunun tətbiqində sərt və balanssız addımlar kiçik biznes və yeni başlayan blogerlər üçün çətinlik yarada bilər. Sosial medianın rəngarəngliyini təmin etmək üçün yalnız kommersiya məqsədli paylaşımlar üstünlük təşkil etməməlidir. İctimai nəzarətin nifrət zəmininə çevrilməməsi, maarifləndirmə və ictimai maraqların qorunması vacibdir.

Əks halda gənclərin bu sahəyə marağı azala, yaradıcı azadlıq məhdudlaşa və reklam sektorunda qeyri-rəsmi fəaliyyət artaraq bazarın inkişafına mənfi təsir göstərə bilər.

AzPost.az

Post navigation

Previous: “Səddam Hüseyn mənə dedi ki, yalnız Heydər Əliyevi tanıyıram” –
Next: “Kapital Bank”ın əməkdaşının maşınından patron çıxdı

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov koronavirusa yoluxub. bu barədə Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı...
Read more about Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…” erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.