“Yeni qlobal epidemiyaların yayılması təhlükəsinə hazır olmalıyıq”- Rusiya prezidenti

“Rusiya istənilən çağırışa, o cümlədən yeni qlobal epidemiyaların yayılması təhlükəsinə hazır olmalıdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Onun fikrincə, ölkə bu məsələdə özünü təmin etməlidir: “Bunun üçün onun güclü suveren elmi-texnoloji bazası və infrastrukturu, avadanlıqları, komponentləri olmalıdır”.

“Ciddi nailiyyətlərimiz var, lakin biz, əlbəttə ki, irəli getməli, bu işi davam etdirməli və keyfiyyətcə yeni səviyyədə özünütəminliyi artırmalı, tibbi texnologiyanın inkişafının əsas sahələrində qlobal liderə çevrilməli və istənilən çağırışa, o cümlədən yeni qlobal epidemiyaların baş verməsi təhlükəsinə hazır olmalıyıq”, – Putin bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.