“Yeni rəhbər Muctəba Xameneyinin hansısa şərh verməsi hələ çox tezdir“.
Azpost.info bildirir ki, bu sözləri İranın XİN rəhbəri Abbas Əraqçi müsahibəsində deyib.
O, Xameneyinin və İran hökumətinin ABŞ rəsmiləri ilə əlaqə saxlayıb-saxlamadıqları barədə sualın cavabı birmənalı olub.
“Hamımız Ali rəhbərin çıxışlarını və açıqlamalarını gözləyirik, bu çıxışlar sonradan verilir. Amma düşünmürəm ki, amerikalılarla yenidən danışıqlar aparmaq yenidən gündəmdə olacaq. Amerikalılarla çox acı təcrübəmiz oldu. Üç raund danışıqlardan sonra və hətta Amerika qrupunun özü böyük irəliləyiş əldə etdiyimizi elan etdikdən sonra belə, onlar yenə də bizə hücum etdilər. Buna görə də, düşünmürəm ki, amerikalılarla danışmaq artıq gündəmimizdə olacaq”.