Vatikanda yeni Roma Papasının seçildiyi bildirilir.
Sikstin kapellasının damındakı bacadan ağ tüstü çıxıb.
Qaydalara görə ağ tüstü yeni papanın seçildiyini bildirir. Kardinallar namizədlərdən birinə səslərin üçdə ikisindən çoxunu veriblər. Yeni Papa Robert Frensis Prevost seçilib. O, XIV Leo adlanacaq.
O, ABŞ-da Çikaqoda anadan olub. Amerkadan olan ilk Papadır. Prevo ömrünün çox hissəsini ABŞdan kənarda keçirib.
Qeyd edək ki, seçilmək üçün yaşı 80-dən aşağı olan 133 iştirakçıdan biri səslərin üçdə ikisini (89 səs) toplamalıdır.
Yeni Papa müraciətində insanları “bir xalq olmağa” çağırıb. Papa Fransiskin ömrünün son günlərindəki zəif səsinin hələ də dünyada eşidildiyini bildirib.
Papa XIV Leo Katolik Kilsəsinə “körpülər quran” və dialoq aparan bir kilsə kimi baxışını açıqlayıb.
Yeni papa insanları başqalarına da mərhəmət göstərməyə çağırıb.