“Yeni Sabah” saytının 6 yaşı tamam oldu

Yeni Sabah
Yeni Sabah

Bu gün “Yeni Sabah” xəbər saytının fəaliyyətə başlamasının 6-cı ili tamam olur. Sayt 2019-cu il yanvarın 25-də yaradılıb.

Yenisabah.az-ın fəaliyyətə başladığı dövr ölkədə yüzlərlə xəbər portalının mövcud olduğu, internet media resursları arasında kəskin rəqabətin getdiyi zamana təsadüf etsə də, qısa müddət ərzində tanına bilib.

Hazırda saytı hər gün onminlərlə oxucu ziyarət edir. Google analyiticsin hesablamalarına görə ötən 1 il ərzində saytın ümumilikdə 28 milyon 500 min ziyarətçisi olub.

Saytda cəmiyyətin bütün sosial təbəqələrini maraqlandıracaq xəbərlər, müsahibələr, araşdırma və açıqlamalar yayımlanır.

Yenisabah.az saytı ölkədə baş verən siyasi, ictimai, sosial, iqtisadi və həyatın digər sahələrini əhatə edən mövzularda xəbərlər yayır.

Müstəqil fəaliyyət göstərən sayt ölkədəki ictimai və siyasi təşkilatlar arasında heç bir fərq qoymadan xəbər hesab olunacaq bütün məlumatları öz səhifəsində işıqlandırır.

Əsas hədəfi Azərbaycanda olan internet istifadəçilərinin maraqlarına uyğun bir media kimi fəaliyyət göstərməkdir. Bunun üçün oxucularla daim kontaktda olmaq və xüsusilə vətəndaş jurnailstikasının imkanlarına yer vermək  hədəflərdən biridir.

Yeni Sabah saytının rəhbəri tanınmış jurnalist Elnur Məmmədlidir.

Elnur Məmmədli 1979-cu ildə Füzuli rayonunun Araz Dilağarda kəndində anadan olub. Elə həmin kənddə orta məktəbi  7-ci sinifə qədər oxuyub. Müharibə olduğu üçün bir il Beyləqanda təhsilini davam etdirib. 1997-ci ildə Ali Diplomatiya Kollecinin beynəlxalq münasibətlər fakültəsinə  daxil olub və 2001-ci ildə bitirib.

Elnur Məmmədli uzun illər müxtəlif media qurumlarında çalışıb.

AzPost olaraq həmkarlarımızı təbrik edirik!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.