Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Hadisə

Yeni təkər bazarında yanğın oldu

Orkhan Ali 03 İyun 2025 - 09:46 (Last updated: 03 İyun 2025 - 10:05)
Yanğın

Yanğın

Bakıda daha bir yanğın hadisəsi baş verib. AzPost xəbər verir ki, hadisə Nizami rayonu, Babək prospektində yerləşən “Yeni Təkər Bazarı”nda qeydə alınıb. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirlikdən bildirilib ki, “112” qaynar xəttinə daxil olan məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal əraziyə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik mağazalarda baş verdiyi və küləkli hava səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin peşəkar və operativ müdaxiləsi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın ümumi sahəsi 200 kv.m. olan 3 avtomobil ehtiyat hissələrinin satışı mağazasında və 5 kv.m. sahədə yerləşən gözətçi köşkündə qeydə alınıb. Hadisə zamanı yaxınlıqdakı digər obyektlər və park edilmiş avtomobillər yanğından mühafizə olunub.

FHN yanğınla əlaqədar əhalini bir daha ehtiyatlı olmağa çağırıb. Xüsusilə hazırda ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti ilə bağlı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması tövsiyə edilib.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. Yanğının dəqiq səbəbi və dəymiş maddi ziyan araşdırılır.

📹 Hadisə yerindən görüntüləri təqdim edirik:

AzPost.az

Post navigation

Previous: Azercell-ə etiraz böyüyür: İstifadəçilər boykot çağırışı edir
Next: Şəmkirdə baş həkimi hədələyib öldürmək istədi

Oxşar xəbərlər

yangin
  • Hadisə

Bakıda restoranda yanğın olub – VİDEO

Orkhan Ali 21 Oktyabr 2026 - 09:53
MOTOXULİQANLIQ
  • Hadisə

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb

User 08 Oktyabr 2026 - 15:55
  • Hadisə

Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

User 18 Sentyabr 2026 - 12:23

xƏBƏR

yuxu yat
  • Maraqlı

Yuxu zamanı beyin özünü necə təmizləyir? – Alimlər 4 vacib vərdişi açıqladı

User 20 Noyabr 2026 - 14:43
İnsan yatarkən beyində qlimfatik sistem fəaliyyət göstərir. Bu sistem onurğa-beyin mayesinin köməyi ilə beyin toxumalarında yaranan parçalanma...
Read more about Yuxu zamanı beyin özünü necə təmizləyir? – Alimlər 4 vacib vərdişi açıqladı
Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım market
  • Baş Yazı

Azərbaycanda hansı məhsullar bahalaşacaq? – İdxal qiymətlərində 45,9 faizlik artım

User 20 Noyabr 2026 - 14:00
Avropa liderlərindən “ikinci Yalta”ya etiraz – “Qitənin bölünməsinə imkan verməyəcəyik” trap putin si
  • Dünya

Avropa liderlərindən “ikinci Yalta”ya etiraz – “Qitənin bölünməsinə imkan verməyəcəyik”

User 20 Noyabr 2026 - 13:46
“Ukraynada hərbi bazaları yerləşdirin!” – Zelenskidən ABŞ və Avropaya çağırış zelenski
  • Dünya

“Ukraynada hərbi bazaları yerləşdirin!” – Zelenskidən ABŞ və Avropaya çağırış

User 20 Noyabr 2026 - 13:41
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib surusme badadar
  • Sosial

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

User 20 Noyabr 2026 - 13:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.