Yeni vəzifə maaşları müəyyən edildi- Baş nazir 17 min alacaq / FƏRMAN - SİYAHI

Bələdiyyələr
Bələdiyyələr

Prezident İlham Əliyev Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması məqsədilə Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbərlərinin və onların müavinlərinin (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib:

Baş nazir 17160 manat

Baş nazirin birinci müavini 15950 manat

Baş nazirin müavini 14850 manat

nazir 13750 manat

digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbəri 13200 manat

nazirin birinci müavini 12650 manat

nazirin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbərinin birinci müavini 12100 manat

digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbərinin müavini 11550 manat

Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları beşinci ödəniş pilləsi üzrə aşağıdakı məbləğlərdə müəyyən edilib:

Bakı şəhəri 13200 manat

Gəncə və Sumqayıt şəhərləri 9900 manat

digər şəhər, rayon və şəhər rayonu üzrə 8800 manat.

Müəyyən edilib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun nəzərə alınmaqla, bu Fərmanda göstərilən vəzifələr üzrə baza aylıq vəzifə maaşı (birinci ödəniş pilləsi) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşı 1,1 əmsalına bölünməklə, digər ödəniş pillələri üzrə aylıq vəzifə maaşı baza aylıq vəzifə maaşına münasibətdə hər pillə üzrə müvafiq olaraq 2,5 faiz artım tətbiq edilməklə müəyyən edilir və tam ədədə (sonuncu rəqəmi “0” və ya “5” olmaqla) yuvarlaqlaşdırılır.

Bu Fərmana uyğun olaraq müəyyən edilən vəzifə maaşları əsasında əməkhaqqı fondunun formalaşdırılması məqsədilə dövlət orqanlarının saxlanılması xərclərinin tərkibində hər il dövlət büdcəsində vəzifə maaşlarının birinci ödəniş pilləsi üzrə hesablanan illik əməkhaqqı fondu və onun 10 faizi miqdarında əlavə vəsait nəzərdə tutulur.

Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.