Yeni yaradılmış “Milli Məkan Məlumatları” informasiya sistemi hara tabe olacaq?

Prezident İlham Əliyevin bu gün Əsasnaməsini təsdiq etdiyi “Milli Məkan Məlumatları” informasiya sisteminin sahibi və operatoru İqtisadiyyat Nazirliyidir.

AzPost bu barədə Əsasnaməyə istinadən xəbər verir.

Sənədə əsasən, sistemin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğularını və kanallarını nazirliyin struktur bölmələri, sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğularını və kanallarını isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təşkil edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.