“Yenidən “Moskviç” istehsal olunacaq” –Moskva merindən açıqlama

Rusiyada “Moskviç” avtomobil markası yenidən bərpa olunur.

Azpost.info xəbər verir ki, bunu paytaxt meri Sergey Sobyanin “Renault Rusiya” şirkətinin bütün payının Moskva hökumətinə satılması ilə bağlı sövdələşmədən danışarkən deyib.

Sobyanin zavodu şəhərin balansına götürmək və tarixi “Moskviç” brendi altında minik avtomobillərinin istehsalını bərpa etmək qərarına gəldiyini bildirib: “Çalışacağıq ki, komandanın çox hissəsi birbaşa zavodda və onun subpodratçıları ilə işləsin. KAMAZ “Moskviç”in əsas texnoloji tərəfdaşına çevriləcək. Birinci mərhələdə klassik avtomobillərin, gələcəkdə isə elektromobillərin də istehsalı təşkil olunacaq”.

 

Məlumata görə, müəssisənin adı dəyişdirilərək “Moskviç” Moskva Avtomobil Zavodu (MAZ) olacaq.

“Moskviç”in bəzi modelləri taksi üçün nəzərdə tutulacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.