Yer kürəsini bürüyən maqnit qasırğası rekorda imza atdı

Geomaqnit qasırğası
Geomaqnit qasırğası

Mayın 29-da Yer kürəsində müşahidə olunan maqnit qasırğası son bir ilin ən uzun sürən maqnit fırtınası olub. AzPost xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Maqnit qasırğası mayın 29-u səhər saat 03:00-da başlayıb və mayın 30-u saat 06:00-da başa çatıb. Ümumilikdə 27 saat davam edən bu hadisə son dövrlərin ən uzunmüddətli maqnit fəallığı kimi tarixə düşüb.

Alimlərin sözlərinə görə, bu fırtına 2024-cü ilin may ayında qeydə alınan və 39 saat davam edən güclü G5 səviyyəli maqnit qasırğasından sonra ikinci ən əhəmiyyətli hadisədir. Həmin vaxtkı fırtına son 20 ilin ən intensiv maqnit fəallığı kimi qiymətləndirilmişdi.

Hazırda Yerətrafı maqnit sahəsi hələ də qeyri-sabitdir və “sarı səviyyə” adlandırılan həyəcanlı vəziyyətdə qalır. Mütəxəssislər yaxın saatlarda yeni maqnit qasırğalarının baş vermə ehtimalını istisna etmir.

Maqnit qasırğaları əsasən Günəşdən Yerə doğru gələn plazma axınları – yəni günəş küləkləri nəticəsində yaranır. Bu cür fəallıqlar insan sağlamlığına, xüsusilə də ürək-damar və sinir sistemi xəstəlikləri olanlara təsir edə, həmçinin rabitə sistemlərində və naviqasiya cihazlarında nasazlıqlar yarada bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.