Yer kürəsində üçüncü gündür güclü maqnit qasırğası davam edir

geomaqnit qasırğası
geomaqnit qasırğası

Yer üzündə artıq üçüncü gündür güclü maqnit qasırğası müşahidə olunur.

AzPost xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir bölməsinin kosmik fizika laboratoriyasının məlumatına görə, geomaqnit fırtına 50 saatdan artıqdır ki, fasilələrlə davam edir. Hadisə orta intensivliklə qeydə alınsa da, bəzi anlarda G3 səviyyəsinə – yəni güclü qasırğa dərəcəsinə qədər yüksəlib.

Alimlərin sözlərinə görə, bu vəziyyətin əsas səbəbi günəş küləyinin rekord sürətə çatmasıdır. Hazırda küləyin sürəti 700-800 km/s arasında dəyişir, bəzi hallarda isə 900 km/s həddini aşır. Mütəxəssislər bildirirlər ki, vəziyyəti çətinləşdirən başqa amil də mövcuddur: son günlərdə günəşdəki güclü partlayışların təsiri və Yer planetinin böyük koronal dəliyin təsir zonasında qalması.

Son məlumatlara əsasən, hələlik şəraitin sabitləşməsinə dair müsbət siqnal qeydə alınmayıb. Bununla belə, alimlər yaxın 1-2 gün ərzində vəziyyətin nisbətən yaxşılaşacağını istisna etmirlər. Əgər bu müddətdə yeni güclü günəş partlayışları və plazma tullantıları baş verməsə, maqnit qasırğasının zəifləməsi mümkündür.

Həkimlər meteohəssas insanlara səhhətlərinə daha diqqətlə yanaşmağı, energetiklərə isə elektrik sistemlərini nəzarətdə saxlamağı tövsiyə edirlər. Bundan əlavə, mütəxəssislər orbitdə fəaliyyət göstərən peyklərin də təhlükəsizliyinin izlənilməsinin vacibliyini vurğulayırlar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.