Yevgeni Priqojinin cəsədi qəza yerində tapılıb –Təyyarədə daha kimlər olub? /SİYAHI

Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin cəsədi qəza yerində tapılıb və tanınıb.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi ölüm faktını təsdiqləyib.

“Vaqner”in komandiri Dmitri Utkinin cəsədi də qəza yerində tapılıb və şəxsiyyəti müəyyən edilib.

 

Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsinin göyərtəsində olan bütün sərnişinlərin və ekipaj üzvlərinin, o cümlədən Yevgeni Priqojin və Dmitri Utkinin adlarını açıqlayıb.

Bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin məlumatında deyilir.

Təyyarədə həmçinin Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Nikolay Matyuseev və üç ekipaj üzvü: təyyarə komandiri Aleksey Levşin, ikinci pilot Rüstəm Kərimov, stüardessa Kristina Raspopova olub.

Çekalov daha əvvəl ABŞ-ın sanksiya siyahılarında Priqojinə yaxın şəxs kimi qeyd edilib.

“Embraer-135 (EBM-135BJ) təyyarəsinin uçuşu hava məkanından istifadə üçün müəyyən edilmiş qaydada verilmiş icazə əsasında həyata keçirilib”, – Federal Hava Nəqliyyatı Agentliyi qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.