Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Yevlaxda Qarabağ kanalının bəndi uçub, ətraf əraziləri su basıb

Orkhan Ali 04 İyun 2024 - 18:36 (Last updated: 21 May 2025 - 20:15)
665f24ad7f698665f24ad7f69917175113416b78851889b918f7552c2a2e7191687d

Yevlaxda Qarabağ kanalının bəndi uçub, ətraf əraziləri su basıb.

Qarabağ su kanalının Yevlax rayonunun Kolanı kəndindən keçən hissəsində bəndin bir hissəsi uçub. Nəticədə ətraf ərazilər subasmaya məruz qalıb. Nəticədə yaxınlıqda olan taxıl və otlaq sahələri su altında qalıb. Qarabağ suvarma kanalı istismar idarəsinin rəisi Şakir İmanov bildirib ki, hazırda ərazidə bənd bərkitmə işləri sürətlə aparılır və axşam saatlarına qədər iş başa çatacaq:

“Qarabağ kanalı 70 ilə yaxındır ki, istismar olunur. Kanal torpaq məcralı olduğuna belə hadisələr baş verir. Səhər saatlarında bizə məlumat verildi ki, kanalda sızma baş verib. Biz dərhal bütün ağır texnikaları və canlı qüvvəni əraziyə cəlb etdik. Mingəçevir su anbarından suyun azaldılması istiqamətində tədbirlərə başladıq. Bəndin bərpa olunması üçün ağır texnikalar vasitəsi ilə hazırda işlər sürətlə aparılır. Su sızması nəticəsində məcrasından çıxan su, kanalın sağ sahilindən kanala paralel keçən kollektorlara dolub. Hazırda sel ötürücü qurğu vasitəsi ilə su ərazidən kənarlaşdırılır. Axşam saatlarına qədər bənd bərkitmə işləri başa çatacaq”.

Qurumun rəsmisi onu da deyib ki, məcrasından çıxan su, kanalın mühafizə zolağın aşmayıb: “Yaxınlıqda olan taxıl sahəsinin 20 metr məsafəsinə su dolub. Həmin ərazi də Qarabağ kanalının mühafizə zolağıdır. Bizim idarənin balansında olan torpaqdır”.

Ş.İmanov, həmçinin bildirib ki, istismar müddətini başa vuran su kanalı gələn il yenidən qurulacaq: “70 ilə yaxın müddətdir ki, istismar olunan kanalın üzərində hidrotexniki qurğular, səviyyə qaldıran qurğular artıq öz istismar müddətini başa vurub. Ona görədə cənab Prezidentin sərəncamına əsasən, beton üzlüklü yeni kanal tikiləcək. Tikinti işlərinə gələn il start veriləcək. Hazırda layhələndirmə işləri aparılır”(apa).

Post navigation

Previous: Suriya Ukrayna üzrə sülh konfransında iştirakdan imtina edir
Next: Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri Vaqif Hüseynov vəfat edib

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
Bakıda məktəbin pəncərəsindən yıxılaraq faciəli şəkildə həyatını itirən 7-ci sinif şagirdi Gü­nəl Dadaşova Salyan rayonunun Arbatan kənd...
Read more about Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar
Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir qaz tebii
  • İqtisadiyyat

Avropada qaz böhranı dərinləşir – Qiymət 100 avroya çatdı, Asiya ilə rəqabət güclənir

User 29 Oktyabr 2026 - 19:27
Az yatmaq hansı xəstəliklərə səbəb olur? – Həkimdən ciddi xəbərdarlıq Yuxu
  • Maraqlı

Az yatmaq hansı xəstəliklərə səbəb olur? – Həkimdən ciddi xəbərdarlıq

User 29 Oktyabr 2026 - 19:18
Xalq artisti Zaur Rzayev vəfat edib zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.