Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Yolayrıcında avtomobillər üçün yaranan qəza şəraiti və nəqliyyat sıxlığı aradan qalxacaq

User 04 Oktyabr 2023 - 10:36 (Last updated: 21 May 2025 - 20:15)
tixac

Yolayrıcında avtomobillər üçün yaranan qəza şəraiti və nəqliyyat sıxlığı aradan qalxacaq.

Paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd olunub ki, mərkəzin əməkdaşları tərəfindən bu ərazidə videoaşkarlayıcı kameralar vasitəsilə günün pik saatlarında nəqliyyat vasitələrinin orta say və orta sürət məlumatları götürülərək xüsusi proqram təminatları vasitəsilə simulyasiya edilib və bunun əsasında təklif hazırlanıb.

Kəsişmədə yaranan qəza şəraiti və nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə işlərə başlanılıb. Belə ki, bundan sonra nəqliyyat vasitələri Nazim Hikmət küçəsindən metronun “İnşaatçılar” stansiyası istiqamətinə birbaşa hərəkət edə bilməyəcəklər. Çünki qeyd olunan istiqamətlərdə 5.8.1 nişanının quraşdırılması təmin edilib. Avtomobillər yalnız düzünə və sağa hərəkət edə biləcəklər. Belə ki, Musabəyov parkı istiqamətində və “İnşaatcılar” metro stansiyası istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri sağa dönərək irəlidə geriyədönmədən istifadə etməklə göstərilən ərazilərə gedə biləcəklər.

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Bakının bir neçə küçə və prospektində yaranan sıxlığın aradan qaldırılması məqsədilə təkliflər hazırlanıb və baxılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib.

Post navigation

Previous: “Abituriyent” jurnalının xüsusi buraxılışı çıxıb
Next: Paşinyan Xarici Kəşfiyyat Xidmətinə rəhbər təyin etdi

Oxşar xəbərlər

DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00
manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41

xƏBƏR

anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. Yeni paketin hansı ödənişləri əhatə edəcəyi...
Read more about Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı
Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir neft kemer
  • İqtisadiyyat

Neftin qiyməti 114 dollara yaxınlaşdı – bahalaşma davam edir

User 23 Oktyabr 2026 - 10:48
İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək? iran-balistychna-raketa-koll1
  • Dünya

İran bu ölkələrə ultimatum verdi – ABŞ-a dəstək olsalar, nə baş verəcək?

User 23 Oktyabr 2026 - 10:42
Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı kocaryan oqlu
  • Dünya

Koçaryanın oğlunun həbs müddəti 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 10:36
2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub budce
  • Baş Yazı

2027-ci il büdcəsi haqqında qanun layihəsi Milli Məclisə daxil olub

User 23 Oktyabr 2026 - 10:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.