Yolda dava: sürücünü yerə yıxıb təpiklədilər- VİDEO

Dava
Dava

İzmir şəhərində yol vermə üstündə başlayan mübahisə qəfil fiziki qarşıdurmaya çevrilib. İddialara görə, motosiklet sürücüsü ilə avtomobildəki iki şəxs arasında yolüstü anlaşılmazlıq yaşanıb və tərəflər avtomobillərindən enərək birbaşa davaya başlayıblar.

AzPost xəbər verir ki, hadisə şəhərin hərəkətli küçələrinin birində baş verib. Gedişat zamanı baş verən mübahisədə avtomobildə olan şəxslər motosikletçiyə hücum ediblər.

Görüntülərdə motosikletçinin aldığı zərbələr nəticəsində yerə yıxıldığı və iki nəfərin onu dəfələrlə təpiklə vurduğu açıq şəkildə görünür.

Təxminən bir neçə dəqiqə davam edən dava, motosikletçinin böyük çətinliklə özünü xilas edib hadisə yerindən uzaqlaşması ilə sona çatıb. Maraqlıdır ki, bu qədər ağır fiziki zorakılığa baxmayaraq, tərəflərin bir-birindən rəsmi şikayətçi olmadığı bildirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.