Yolda sürət həddini aşmağa görə cərimə artırılıb- DETALLAR

Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə cərimələr artırılıb.

Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə ediləcək.

Həmçinin yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə cərimələrin 150 manatdan 200 manata qaldırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.