Yollarda sürət həddi endirildi –BNA

“Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib”.

Bakı Nəqliyyat Agentliyindən (BNA) bu barədə bildirilib. Agentlikdən qeyd edilib ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

“Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik”, – deyə məlumatda əlavə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan sərhədində qida təhlükəsizliyi məntəqləri yaradılacaq

Sonrakı məqalə

Şəmkir Şərab Zavodunda yanğın olub