Yoluxma azaldığı üçün bəzi pandemiya xəstəxanalarımız bağlanıb –TƏBİB

“Pandemiya şəraitində bütün tibb işçiləri ixtisaslarından asılı olmayaraq bu işə cəlb edilirlər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. 

O bildirib ki, həm Bakıda, həm də bölgələrdə çox sayda təlimlər keçirilib.

“Bütün başqa ixtisasda çalışan həkimlərimiz də bu təlimlərə qoşulub. Bu, bütün dünyada belədir. Yoluxma azaldığı və xəstə sayı az olduğu üçün bəzi pandemiya xəstəxanalarımız bağlanılıb. Həkimlərə istirahət verilib. Payıza hazırlıq işləri görülür”, – deyə Y. Qarayeva qeyd edib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yoluxmaların 50 faizindən çoxu Bakı və Abşeronun payına düşür –

Sonrakı məqalə

“Toyların keçirilməsinə icazə verilməlidir” –