Yoluxmaların 50 faizindən çoxu Bakı və Abşeronun payına düşür –

TƏBİB
21 Avqust 2020 - 17:19

“Koronavirusa yoluxmaların 50 faizindən çoxu Bakı və Abşeron yarımadasının payına düşür”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, yaş həddinə gəldikdə, ən çox yoluxmalar 50-59 yaş qrupundadır. Onun sözlərinə görə, 10-16 avqust tarixlərində yoluxmaların sayı 651 nəfər olub.