“YouTube”da yeni funksiya olacaq

“YouTube” platforması videotəsvirin çözümlülüyündən ayrıca olaraq, səsin keyfiyyətini seçmək imkanı verən yeni funksiyanı sınaqdan keçirir.

AzPost Oxu.Az-a istinadla xəbər verir ki, hazırda platformada səsin keyfiyyəti videotəsvirin çözümlülüyündən asılı deyil. Belə ki, 144 piksel və ya 4K seçimindən asılı olmayaraq, audio dəyişməz olaraq qalır.

Yeni funksiyada isə istifadəçilər səsin keyfiyyətini sərbəst tənzimləmək imkanı əldə edəcəklər.

Funksiyada üç seçim olacaq – “avto”, “orta” və “yüksək”. Yeniliyin “YouTube Premium” abunəçiləri üçün əlçatan olacağı ehtimal edilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.